Nəşr müharibənin başlaya biləcəyi ilk region kimi İranı göstərib. Çünki nüvə sazişi üzrə danışıqlar dalana dirənib, ortada isə daha az kompromis qalıb.
|
| "Daily Express": 3-cü dünya müharibəsi altı məkanda başlaya bilər |
Nəşr digər təhlükəli bölgə kimi Tayvanı göstərib. Jurnalistin fikrincə, Çin getdikcə ada yaxınlığında daha çox hərbi təlimlər keçirir. ABŞ Pekinin tezliklə Tayvanı ələ keçirmək üçün hərbi əməliyyata başlaya biləcəyinə əmindir. Buna görə də Vaşinqton Taybeyi müxtəlif silahlarla təmin etməyi öhdəsinə götürdü. Lakin hazırda ABŞ prezidenti Co Bayden bu məsələdə qeyri-müəyyən mövqe sərgiləyir.
Təhlildə genişmiqyaslı müharibənin başlaya biləcəyi üçüncü region kimi Ukrayna ərazisinin adını çəkilir. Ekspert qeyd edib ki, NATO-nun şərqə doğru genişlənməsi və Rusiyanın ambisiyaları onu deməyə əsas verir ki, gec-tez bu təhlükəli hadisə baş verməlidir.
- Moskva aydın şəkildə bildirdi ki, alyans qırmızı xətti keçməməlidir. Bununla belə, NATO liderləri öz güclərinə arxayın görünürlər,- Fraşon yazıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


