Ermənistanda virusdan ölənlərin sayı 8 minə çatır

Ermənistanda virusdan ölənlərin sayı 8 minə çatır
  08 Yanvar 2022    Oxunub:605
Ermənistanda son sutka ərzində daha 195 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 345 713 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 999-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 449 nəfər təşkil edir.

Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1512 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti