Qazaxıstanda yanvarın 10-u matəm elan olunub

   Qazaxıstanda yanvarın 10-u matəm elan olunub
  08 Yanvar 2022    Oxunub:1122
Qazaxıstanda yanvarın 10-u tarixində ümummilli matəm günü elan olunub.
AzVision.az xəbər verir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar qəbul edib.

Qeyd edək ki, ölkədə yanvarın 2-dən etibarən maye qazının qiymətinin artımasına etiraz olaraq aksiyalar başlayıb. Aksiyalar daha sonra iğtişaşlara çevrilib. İştişaşlar nəticəsində ölənlər və yaralananlar var. Bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Matəm  



Xəbər lenti