Erməni siyasətçilər Qazaxıstana hərbçi göndərən Paşinyanı qınadılar

Erməni siyasətçilər Qazaxıstana hərbçi göndərən Paşinyanı qınadılar
  08 Yanvar 2022    Oxunub:904
Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstanda baş verən hadisələrdən sonra bir sıra açıqlamalar verməsi ölkəsində narazılıqla qarşılanıb. Erməni cəmiyyəti hazırda qaynar nöqtə kimi dəyərləndirilən bu ölkəyə hərbçilərin göndərilməsini absurd qərar kimi qiymətləndirirlər.
AzVision.az xəbər verir ki, yerli media Qazaxıstanın Azərbaycana dəstək göstərməsi səbəbindən İrəvandan yardım almaması gərəkdiyini yazır.

Lukaşenko Putin və Paşinyanla Qazaxıstanı müzakirə edib
Məsələn, erməni deputat, parlamentin müxalif “Hayastan” fraksiyasının üzvü Qeqam Nazaryan ölkəsinin Qazaxıstana hərbi heyət göndərməsinə qarşı çıxıb.

- Mən Qazaxıstana hərbi qrupun göndərilməsi məsələsi ilə bağlı fraksiyanın mövqeyini əks etdirən çoxlu suallarla qarşılaşmışam. Açıq şəkildə bildirirəm və “Hayastan” fraksiyasıda əmindir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) xüsusi hərbi qrupunun Qazaxıstana göndərilməsinin qarşısını almamalı idi. Lakin məlum səbəbdən bir nəfər də olsun erməni hərbçi bu ölkəyə getməməli idi. Qazaxıstan 44 günlük müharibə zamanı açıq-aydın azərbaycanpərəst mövqe nümayiş etdirdi. Bu ölkə noyabrın 9-da Azərbaycanı təbrik edib. Düşünürəm ki, bizim mövqeyimiz daha aydındır.



Öz tərəfimdən onu da əlavə edim ki, müharibənin yaralarını sağaltmadığımız, nəticələrini aradan qaldıra bilmədiyimiz bu vəziyyətdə xaricə, xüsusən də yalnız klandaxili məsələlərin həll olunduğu Qazaxıstana bir nəfər də olsun əsgər göndərilməməlidir. Yenə deyirəm, klanlararası yox, klandaxili...

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, keçmiş vitse-spiker Eduard Şarmazanov da ölkə rəhbərliyini tənqid edib. O, erməni hərbçilərin Qazaxıstana göndərilməsini gülməli addım kimi qiymətləndirib. Şarmazanov Azərbaycana məğlub olmuş ölkəyəy rəhbərlik edən birinin KTMT adından uğurlu addımlar atmağa başlamasını da gülünc doğuran hal sayıb.



- Qarabağı əldən çıxaranlar iddia edirlər ki, indi ilk dəfə olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) mexanizmləri işlədi və göstərdi ki, bu mexanizm necə işə düşür. Biz sizin “işlərinizi” gördük. Sizin vəzifəniz Şuşa və Hadrutu təslim etmək idi. Bu iş Dadivank və Qazançı kilsələrini təhvil verməkdir. Bu, Zəngəzurda türklərə yaşıl işıq yandırmaqdır. Deyirlər ki, biz ilk dəfə Qazaxıstan olaylarında KTMT-dən istifadə etmişik. Doğrudanmı? Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən biabırçı şəkildə məğlub edilən Paşinyan Putinin başçılıq etdiyi Rusiyanın da daxil olduğu KTMT-yə rəhbərlik edir.

Şarmazanov daha sonra yaranmış gülməli durumla bağlı məşhur "Mimino" filmindən sitat gətirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qazazıstan   KTMT  



Xəbər lenti