Putin Lukaşenko və Paşinyanla Qazaxıstanı müzakirə edib

Putin Lukaşenko və Paşinyanla Qazaxıstanı müzakirə edib
  08 Yanvar 2022    Oxunub:788
Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbut xidməti məlumat yayıb.

Qeyd olunub ki, Putin həmkarları ilə Qazaxıstandakı vəziyyəti müzakirə edib.
Onlar ölkədə vəziyyətin sakitləşməyə və normallaşmağa meylli olduğunu qeyd ediblər.

Paşinyan Putinlə söhbət zamanı Ermənistan tərəfinin KTMT-nin hazırkı sədri kimi onlayn sammit təşkil edəcəyini söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti