İran Süleymaninin ölümünə görə 51 amerikalıya sanksiya tətbiq edib
Sanksiyalar tətbiq edilənlər arasında ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Amerika prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri
Robert Obrayen də var.
“Sanksiya siyahısında göstərilən şəxslər Süleymaniyə qarşı terror aktını qərarının qəbul edilməsində, onun planlaşdırılmasında, təşkilində, maliyyələşdirilməsində, dəstəklənməsində, həmçinin idarə edilməsində və ya həyata keçirilməsində iştirak ediblər”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən ilin yanvarında ABŞ-ın Bağdad Hava limanına raket zərbələri endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri və İran prezidenti Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdilər.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


