Qazaxıstanda 5 mindən çox adam saxlanılıb
Qazaxıstanın daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev ölkədə baş verən iğtişaşların təfərrüatlarını açıqlayıb. Almatıdakı vəziyyətdən danışan Turqumbayev bildirib ki, toplaşanlar heç bir tələb irəli sürməyib və danışıqlara getməyib.
"Dövlət məmurlarına qarşı zor tətbiq etmə, xuliqanlıq, adam öldürmə, o cümlədən quldurluq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlanılıb. 5 mindən çox adam nəzarətə saxlanılıb", - deyə nazirlikdən bildirilib.
AzVision.az
Teqlər: Qazaxıstan