Qırğızıstan Qazaxıstana nota göndərdi
AzVision.az xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.
Taşiyev əminliklə bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz:
“Çox güman ki, o, yanlış zamanda yanlış yerdə olub”.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və iğtişaşlarda iştirakda ittiham olunan Ruzaxunov tez-tez Alma-Atada qastrol səfərində olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


