Ermənistanda tibb işçiləri etiraz aksiyası keçirir - CANLI

   Ermənistanda tibb işçiləri etiraz aksiyası keçirir -   CANLI
  10 Yanvar 2022    Oxunub:1051
Ermənistanda tibb işçiləri etiraz aksiyası keçirir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

-Hazırda Nork Yoluxucu Xəstəliklər Xəstəxanasının əməkdaşları Səhiyyə Nazirliyinə etiraz edirlər. Onlara məlumat verilib ki, 2022-ci ildən işdən çıxarılıblar. İlkin siyahıya görə, söhbət işsiz qalan 80 əməkdaşdan gedir. Etirazçılar deyirlər ki, xəstəxana rəhbərliyi onlara başqa tibb müəssisələrində işə götürüləcəklərini deməklə də yalan danışıb. Nazirlikdən hadisənin təfərrüatları və ixtisarlarla bağlı dəqiqləşdirmələr aparandan sonra oxuculara əlavə məlumat verəcəyik,-məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  



Xəbər lenti