Yaponiya və ABŞ Çinə qarşı birləşir
Nəşrin hökumətdəki mənbələrinə görə, yeni struktur bu məsələdə Yaponiya və ABŞ-ın dəyərlərini paylaşan Avropa ölkələri ilə sıx əməkdaşlıq edəcək. Bildirilib ki, hazırda konkret ixrac malları və texnologiyalarının siyahısı hazırlanır. Nəşr hesab edir ki, siyahıda yarımkeçiricilərin istehsalı üçün avadanlıq, kvant kriptoqrafiyası və süni intellekt texnologiyalarının adı yer alıb.
Bu təşəbbüsün əsas məqsədi Çinin hərbi-sənaye kompleksində adətən mülki məqsədlər üçün nəzərdə tutulan qabaqcıl texnologiyalardan istifadə etməsinin qarşısını almaqdır.
AzVision.az