"Qazaxıstanın yanındayıq" - Çavuşoğlu

   "Qazaxıstanın yanındayıq" -    Çavuşoğlu
  11 Yanvar 2022    Oxunub:1075
"Qardaş Qazaxıstanda baş verən hadisələr bizi dərindən kədərləndirdi. Həlak olanlara Allahdan rəhmət diləyir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısında deyib.

O bildirib ki, türk dövlətləri ailəsi, türk dünyası olaraq bu çətin günlərdə bütün imkanlarımızla qazax qardaşlarımızın, Qazaxıstanın yanındayıq, onlarla həmrəyik: "Biz hadisələrin nəzarət altına alınmasından məmnunluq duyuruq. Qazaxıstanda sülh və sabitlik bölgəmiz və təşkilatımız üçün olduğu kimi, beynəlxalq sülh üçün də önəmlidir. Qazaxıstan bu böhranı aşacaq qabiliyyətə, təcrübə və dövlət ənənələrinə malikdir. Qazaxıstana dəstəyimiz tamdır".

XİN rəhbəri Qazaxıstanda yeni baş nazir təyinatından da məmnunluğunu ifadə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Çavuşoğlu  





Xəbər lenti