Aİ-nin nümayəndəliyində bayraq endirilib

Aİ-nin nümayəndəliyində bayraq endirilib
  11 Yanvar 2022    Oxunub:1198
Avropa Parlamentinin Prezidenti David Sassolinin vəfatı ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyində bayraq yarıya qədər endirilib.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, Avropa Parlamentinin Prezidenti David Sassoli gecə saatlarında İtaliyanın Aviano şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Dekabrın 26-dan xəstəxanaya yerləşdirilən Avropa Parlamentinin Prezidenti Sassoli immun sisteminin disfunksiyası nəticəsində dünyasını dəyişib. Sassoli keçən ilin sentyabrında bir neçə həftə pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə olunmuşdu.

AzVision.az



Teqlər:  



Xəbər lenti