"100 nəfər sərhəddə vəziyyəti dəyişə bilməz" - Sarkisyan

"100 nəfər sərhəddə vəziyyəti dəyişə bilməz" -    Sarkisyan
  11 Yanvar 2022    Oxunub:1595
Ermənistanın Müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə jurnalistlərin suallarını cavablandırıb. AzVision.az xəbər verir ki, o, jurnalistin "Ermənistanın özünün sərhədlərində narahatlıq olduğu halda sülhməramlıların göndərilməsi nə dərəcədə məqsədəuyğundur?" sualına açıq şəkildə cavab verib.
Nazir müavini deyib ki, Ermənistanın sülhməramlı kontingent göndərməsi Azərbaycanla sərhəddəki vəziyyətə təsir göstərmir.

"Hər an sərhəddə gərginlik yarana bilər" - Arman Sarkisyan
- Heç bir risk yoxdur. Çünki 100 nəfər sərhəddə vəziyyətin dəyişməsinə təsir edən bir rəqəm deyil, - Sarkisyan deyib.

Sarkisyan qeyd edib ki, Müdafiə Nazirliyi Ermənistan sülhməramlılarının kontingentinin Qazaxıstanda hansı funksiyaları yerinə yetirəcəyini açıq şəkildə göstərib - onlar ən mühüm obyektləri qorumalıdırlar.
Hərbçilərin geri qayıtma tarixlərinin məlum olub-olmaması ilə bağlı suala Sarkisyan konkret tarixlər deməyib.

Onun sözlərinə görə, erməni hərbçilərinin Qazaxıstana göndərişi zamanı sülhməramlıların məhdud müddətə orada olacağı bildirilib. Xatırladaq ki, Ermənistan Qazaxıstana 100 hərbçidən ibarət kontingent göndərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sərhəd   Ermənistan  



Xəbər lenti