ÜST: "Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq"

      ÜST:    "Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq"
  11 Yanvar 2022    Oxunub:816
Avropa əhalisinin 50 faizi koronavirusun “omikron” ştamına yoluxacaq.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib. Onun sözlərinə görə, regionun 53 ölkəsindən 50-də "omikron" ştamı qeydə alınıb:

“Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştamm dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omikron” ştamına yoluxacaq”.

AzVision.az



Teqlər: ÜST   Omikron  



Xəbər lenti