İrəvan sərhəd təxribatı ilə KTMT -ni oyunlarına cəlb etmək istəyir - ŞƏRH

   İrəvan sərhəd təxribatı ilə   KTMT   -ni oyunlarına cəlb etmək istəyir -   ŞƏRH
  12 Yanvar 2022    Oxunub:1087
Ermənistan ordusu dünən Azərbaycanla sərhəddə növbəti dəfə təxribata əl atdı. Nəticədə Kəlbəcər istiqamətində bir hərbçimiz şəhid oldu. Buna cavab olaraq isə 3 erməni hərbçisi məhv edilib.
İrəvanın sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi bir sıra suallar doğurur. Məsələni AzVision.az-a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İrəvan KTMT-ni öz oyunlarına cəlb etmək istəyir.

Ermənistan mediası ordumuzun məhv etdiyi hərbçilərin fotolarını yaydı
- Dünən sərhəd təxribatına cavab olaraq Ermənistan ordusunun iki postu darmadağın edildi, qarşı tərəfdən xeyli itki var. Ermənistan rəhbərliyi cəmiyyətini qorxutmamaq üçün itkilərinin sayını hiss-hissə yayımlayır. Sonuncu dəfə oxşar insident ötən ilin noyabrın əvvəlində qeydə alınmış, hər iki tərəf itki vermişdi. O zaman Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya və İrəvana zəng etdikdən sonra vəziyyət müvəqqəti sabitləşdi. Noyabrın 26-da isə Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə üçtərəfli görüş keçirdilər. Görüşdən sonra yayımlanan açıqlamada bildirilirdi ki, kommunikasiya xətlərinin açılması və sərhədin müəyyənləşdirilməsi vacibdir. Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi məqsədilə Rusiyanın iştirakıyla növbəti üçtərəfli komissiya yaradılacağı açıqlandı.



Buna baxmayaraq, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədlərin müəyyənləşməsi məqsədilə ortaq komissiyanın yaradılmasından xəbər var. Azərbaycan və Ermənistan liderləri Soçi görüşündən təxminən iki həftə sonra Brüsseldə görüşdülər. Bu dəfə vasitəçi kimi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edirdi. Brüsseldəki görüşdə də sərhədlərin müəyyənləşməsi vacibliyi vurğulandı. Ancaq sərhəddə baş verən dünənki insident göstərdi ki, Soçi və Brüsseldəki razılaşmalar yerinə yetirilmir. Çünki nə qədər ki, tərəflər arasında sülh sazişi imzalanmayıb, nə qədər ki, sərhəd müəyyənləşməyib və nə qədər ki, razılaşmaların əksinə olaraq kommunikasiya xətləri açılmayıb sərhəddə gərginlik azalmayacaq.

Ekspert deyir ki, Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda başqa məqsədi də var. Onlar Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) oyuna cəlb etmək istəyirlər.

- Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra “bizə kömək edin” şəkilində müraciətləri istisna deyil. Ancaq bu nəbz yoxlaması baş nazir Nikol Paşinyana baha başa gələ bilər. Azərbaycan ordusu təxribata cavab olaraq Ermənistanın iki postunu dağıtdı və göstərdi ki, Ermənistanın dostlarının kimliyindən asılı olmayaraq bundan sonra da təxribatlarına artıqlamasıyla cavab veriləcək. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı İrəvanın yalvarışlarına reaksiya verməyəcəksə, erməni cəmiyyəti və müxalifət baş nazir Nikol Paşinyandan soruşacaq: “Bəs Rusiya və KTMT bizə niyə dəstək vermir?”

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   KTMT  



Xəbər lenti