Avropa İttifaqı Ermənistanın sərhəddə törətdiyi təxribat barədə

   Avropa İttifaqı Ermənistanın    sərhəddə törətdiyi təxribat    barədə
  12 Yanvar 2022    Oxunub:666
"Ermənistan-Azərbaycan sərhədindəki son atışma, insan itkisi və yaralananların olması ilə bağlı xəbərlər etimadın möhkəmləndirilməsi üçün tədbirlərinin zəruriliyini bir daha təsdiqləyir".
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin sözçüsü Piter Stano tvitterdə yazıb.

O bildirib ki, Avropa İttifaqı hərtərəfli həllə kömək etmək üçün hər iki tərəflə işləyir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:  



Xəbər lenti