NATO-Rusiya Şurasının iclası keçirilir

   NATO-Rusiya Şurasının iclası keçirilir
  12 Yanvar 2022    Oxunub:1051
Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb. AzVision.az xəbər verir ki, iclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət və digər aktual məsələlər müzakirə olunacaq.
Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq brifinqi keçirəcək.

NATO-Rusiya Şurasının iclasında Moskvanı xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edir.

ABŞ dövlət katibinin müavini Vendi Şerman da iclasda iştirak edir.

Xatırladaq ki, NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə şuranın iclası 2019-cu ilin iyulunda məhdud çərçivədə baş tutub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Rusiya  



Xəbər lenti