"Almatının itirilməsi dövlətin itirilməsi demək idi" - Səfir

   "Almatının itirilməsi dövlətin itirilməsi demək idi" -    Səfir
  12 Yanvar 2022    Oxunub:678
"Qazaxıstan hüquqi cəhətdən əsaslı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yardım üçün müraciət edib".
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təxminən 2,5 min KTMT sülhməramlısı Qazaxıstandadır.

Səfir deyib ki, müvafiq qərar qəbul edilərkən Almatı şəhərinin itirilməsi təhlükəsi olub. O Diplomata görə, Almatının itirilməsi dövlətin itirilməsi demək idi.

"Qazaxıstanda dövlət çevrilişi cəhdi baş tutmadı. Ölkənin iqtisadi siyasətində heç bir dəyişiklik olmayacaq, bütün investisiyalar qorunacaq", - səfir əlavə edib.

Bildirib ki, KTMT missiyası işini uğurla başa vurub.

AzVision.az



Teqlər: Qazaxıstan-səfir  



Xəbər lenti