Paşinyan düşməninin qardaşını nazir müavini təyin etdi

 Paşinyan düşməninin qardaşını nazir müavini təyin etdi
  12 Yanvar 2022    Oxunub:1250
Ermənistanın baş nazırı Nikol Paşinyan Qriqor Minasyanı ədliyyə nazirinin müavini təyin edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Qriqor eks prezident Serj Srakisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri olmuş Mikael Minasyanın qardaşıdır. O əvvəllər Ədliyyə Nazirliyinin müxtəlif bölmələrində bir sıra vəzifələrdə çalışıb.

“Paşinyan 5 min ermənini “ət maşını”ndan keçirdi”- Minasyan
Artıq hökumətin saytında Minasyanın nazir müavini təyin edilməsini əks etdirən sərəncam da yer alıb.

Qeyd edək ki, Mikael Minasyan müxalif mövqeyi ilə seçilir. O indiki hakimiyyətə qarşı aqressiv və sərt açıqlamalar verir, İkinci Qarabağ müharibəsindən sorna isə iqtidara qarşı düşmənçilik sərgiləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  



Xəbər lenti