Ermənistanda virusdan ölənlərin sayı 8014-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 8014-ə çatıb
  13 Yanvar 2022    Oxunub:760
Ermənistanda son sutka ərzində daha 289 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 346 811 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8014-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 972 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1514 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti