"Qazaxıstanda vəziyyət sabitləşib" - KTMT-nin baş katibi
"Bu gün KTMT sülhməramlılarının, Qazaxıstanın silahlı qüvvələrinin və hüquq-mühafizə orqanlarının kollektiv əlaqələndirilmiş hərəkətləri sayəsində ölkədə vəziyyət sabitləşib. Əməliyyat zamanı biz terrorizmə və dövlət daxilində destruktiv qüvvələrə qarşı mübarizədə təşkilata üzv dövlətlərin sülhməramlı kontingentinin sıx qarşılıqlı fəaliyyətində əvəzsiz təcrübəsi əldə etdik", - o bildirib.
Zasın fikrincə, sülhməramlı əməliyyat göstərdi ki, KTMT-nin potensialı həqiqətən də yüksək effektli və realdır: “Qazaxıstan ərazisində sülhməramlı əməliyyat KTMT-nin kollektiv qüvvələrinin ilk real tətbiqi idi".
Xatırladaq ki, KTMT Qazaxıstana 2 mindən çox sülhməramlı və 250 texnika göndərmişdi. Bu gündən sülhməramlıların çıxarılmasına başlanacaq.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qazaxıstan KTMT







Vaxtında, Aydın, Lazımlı!


