Litvada öldürülənlərin yaxınları Qorbaçovu məhkəməyə verdi
Vilnüs Şəhər Dairə Məhkəməsinə təqdim edilən mülki iddiada sübut var ki, Ali Baş Komandan kimi Qorbaçov 1991-ci ilin yanvarında orduya nəzarət edirdi, lakin hərbçilərin aqressiv hərəkətlərini dayandırmaq üçün heç bir iş görmədi, - iddiada deyilir.
Məhkəməyə müraciət edənlər Qorbaçovu yaxınlarının ölümünə görə məsuliyyət daşımasını istəyirlər.
Cümə axşamı Litvada 1991-ci il yanvarın 13-də baş vermiş faciəvi hadisələrin qurbanları yad edilir. Həmin hadisələr zamanı Vilnüsdə 14 nəfər həlak olub. Litva tərəfi dinc əhalinin ölümündə sovet hərbçilərini və SSRİ-nin siyasi rəhbərliyini günahlandırıb. 2016-cı ildə yanvar hadisələri ilə bağlı iş məhkəməyə verilib. Məhkəmənin bir neçə dəfə şahid qismində SSRİ-nin eks-prezidenti Qorbaçovu prosesə çağırmaq cəhdi uğursuz olub.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Qorbaçov







Vaxtında, Aydın, Lazımlı!


