Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 6 ay uzatdı

   Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları    6 ay    uzatdı
  13 Yanvar 2022    Oxunub:1171
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 iyul 2022-ci ilədək uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilir ki, məsələ Aİ-nin geniş bəyanatında əksini tapıb.

- Bu gün Avropa İttifaqı Şurası Rusiya iqtisadiyyatının bəzi sektorlarına münasibətdə hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin müddətini altı ay müddətinə- 2022-ci il iyulun 31-dək uzadıb, - sənəddə deyilir.

Aİ liderləri dekabrda Brüsseldə keçirilən sammit zamanı yekdilliklə Rusiyaya qarşı bu iqtisadi sanksiyaların uzadılması barədə razılığa gəliblər. Avropa liderləri Rusiyanı “Minsk razılaşmalarını həyata keçirməyə başlamağa” çağırıblar.

Qeyd edək ki, yeddi ildən çoxdur qüvvədə olan Aİ iqtisadi sanksiyaları Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarını hədəfləyir. Xüsusən də bir sıra Rusiya bankları və şirkətləri üçün Aİ-nin ilkin və təkrar kapital bazarlarına çıxış məhdudlaşdırılıb və silah və ikili təyinatlı malların idxalı və ixracına qadağa qoyulub. Bundan əlavə, Avropa İttifaqı Rusiyanın neft hasilatı və kəşfiyyatı üçün bir sıra texnologiya və xidmətlərə çıxışını məhdudlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sanksiya  



Xəbər lenti