Rusiya Müdafiə Nazirliyi qəfil döyüş hazırlığının yoxlanışına başlayıb

Rusiya Müdafiə Nazirliyi qəfil döyüş hazırlığının yoxlanışına başlayıb
  14 Yanvar 2022    Oxunub:849
Rusiya Müdafiə Nazirliyi döyüş hazırlığı ilə bağlı gözlənilmədən yoxlanışa başladığını elan edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yoxlanış bütün ölkə üzrə aparılmır.

Müdafiə Nazirliyindən bildirilib ki, qəfil döyüş hazırlığı yoxlanışı Şərq Hərbi Dairəsində aparılır. Belə yoxlama qoşunların tapşırıqları yerinə yetirməyə hazırlığını qiymətləndirməyə imkan verəcək.

"Yoxlama çərçivəsində Rusiya ordusunun hərbi qulluqçuları təyin olunmuş ərazilərə köçürüldükdən sonra atışlar və qoşunların hərtərəfli təminatı nəzərdən keçiriləcək. Komandanlıq qoşunların vaxtında daşınmasının təmin edilməsinin qiymətləndirilməsinə xüsusi diqqət yetirəcək", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Rusiya   Ordu  



Xəbər lenti