"ABŞ və müttəfiqləri Rusiyanın ətrafında hərbi plasdarm yaratmaq istəyirlər" - Lavrov
"ABŞ və müttəfiqlərinin mövqeyi ondan ibarətdir ki, onlar Avropada hökmranlıq etmək istəyirlər. Onlar Rusiya Federasiyasının ətrafında dayaqlar, hərbi plasdarm yaratmaq istəyirlər. Sərhədlərimiz ətrafında daim qıcıqlandırıcı hərəkətlər etməyə çalışırlar. 1999-cu ildə İstanbulda qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyasını oxuyun. Qərbin indi bəyan etdiyi və atdığı bütün addımlar o vaxt götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır”, - o vurğulayıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Lavrov







Vaxtında, Aydın, Lazımlı!


