Almatıda 2,6 minə yaxın şəxs saxlanılıb

Almatıda 2,6 minə yaxın şəxs saxlanılıb
  17 Yanvar 2022    Oxunub:598
Qazaxıstanın Almatı şəhərində antiterror əməliyyatı başlayandan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 601 nəfəri saxlayıblar.
Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir. Qeyd edək ki yanvarın 15-də 2 402 nəfərin saxlanıldığı bildirilirdi.

"Antiterror əməliyyatı başlayandan indiyədək qanunsuz əməllərin, talanların və digər cinayətlərin ümumilikdə 2 601 iştirakçısı saxlanılıb. Ümumilikdə 127 odlu silah və 4 077 döyüş sursatı götürülüb", - şəhər komendaturasının mətbuat xidməti məlumat yayıb.

AzVision.az


Teqlər: Almatı  



Xəbər lenti