Şimali Koreya Yapon dənizinə ballistik raket atıb
Qeyd olunub ki, raketlərin buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən saat 08:50 və 08:54-də həyata keçirilib.
"Koreya Respublikası və ABŞ-ın kəşfiyyat orqanları bu buraxılışlar haqqında məlumatların ətraflı təhlilini aparır. Cənubi Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir və Şimali Koreyadakı fəaliyyəti diqqətlə izləyir", - Komitənin açıqlamasında vurğulanıb.
Raketin buraxılışından az sonra Seulda Koreya Respublikası Prezidentinin Administrasiyası yanında Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas iştirakçıları KXDR-in Koreya yarımadasında sabitliyi pozan hərəkətləri ilə əlaqədar təəssüfləndiklərini bildiriblər.
Qeyd edək ki, Yaponiya Sahil Mühafizəsi Yapon dənizinə ballistik raket atıldığını bəyan edib.
2022-ci ilin əvvəlindən KXDR artıq dörd raket buraxılışı həyata keçirib. Əvvəlki hadisə yanvarın 14-də həyata keçirilib. Onda Şimali Koreya hərbçiləri dəmir yolu raket sistemindən iki taktiki idarə olunan raket atıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Şimali-Koreya Raket







Vaxtında, Aydın, Lazımlı!


