Rusiya Ukraynadan diplomatlarını çıxarır

   Rusiya Ukraynadan diplomatlarını çıxarır
  18 Yanvar 2022    Oxunub:1112
Rusiya Ukraynadakı diplomatik korpuslardakı əməkdaşlarını Ukraynadan çıxarmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 5-də artıq 18 nəfər ölkəni tərk edib. Onların arasında əsasən rus diplomatlarının uşaqları və həyat yoldaşları olub.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda Ukraynanı Kiyevdəki səfirliyin və Lvovdakı konsulluğun 30 nəfər əməkdaşının tərk edəcəyi gözlənilir.

Qəzetin yazdığına görə, bu məlumatı ABŞ-ın bəzi rəsmi nümayəndələri təsdiqləyiblər və Vaşinqtonun gözlənilən evakuasiyadan xəbəri olduğunu bildiriblər.

“Rusiya hökumətinin dekabrın sonu və yanvarın əvvəlində diplomatların ailə üzvləriniUkraynadakı səfirlikdən təxliyə etməyə hazırlaşdığına dair məlumatımız var idi”, - açıqlamada deyilir.

Daha əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya-Ukrayna sərhədində vəziyyətin son dərəcə gərgin olaraq qaldığını bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti