Meksikada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Sonra səfir Məmməd Talıbov qonaqlara Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, bu yolda məruz qaldığı 20 Yanvar qətliamı və bu faciənin Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda ən şanlı səhifələrindən biri olmasından bəhs edib.
Ümummilli lider Heydər Əliyevin dövrünün ağır şərtlərinə baxmayaraq, bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğunu deyən M.Talıbov, bu cinayətin AR Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini bildirib.
Sonra M.Talıbov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və Azərbaycanın müstəqilliyi, habelə suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.
Tədbirdə iştirak edən deputat Navor Roxas Azərbaycan xalqına səmimi başsağlığı diləklərini ifadə edib. Mərasim zamanı iştirakçılara 20 Yanvar faciəsinin xronikası və xalqımızın azadlıq uğrunda sarsılmaz mübarizəsini əks etdirən videoçarx nümayiş olunub.
AzVision.az
Teqlər: Meksika