Husilərin Əbu-Dabiyə atdığı iki raket məhv edilib

Husilərin Əbu-Dabiyə atdığı iki raket məhv edilib
  24 Yanvar 2022    Oxunub:899
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri bazar ertəsi Yəməndəki husi üsyançıları tərəfindən ölkənin paytaxtı Əbu-Dabi şəhəri istiqamətində atılan iki raketi havada vurub.
AzVision.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Əbu-Dabi əmirliyinin bir neçə rayonu ərazisinə raket parçaları düşüb.

Hücum nəticəsində itki olmayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti