Burkino-Fasoda hərbçilər hakimiyyəti ələ keçirdi

Burkino-Fasoda hərbçilər hakimiyyəti ələ keçirdi
  24 Yanvar 2022    Oxunub:1030
Burkino-Fasoda hərbçilər ölkənin idarə olunmasını öz üzərlərinə götürüblər .
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, hərbçilər demokratik keçid orqanı yaradıldığını bildiriblər. Eyni zamanda, qiyamçıların lideri ölkənin beynəlxalq öhdəliklərinə sadiq qaldığını bəyan edib.

Burkino-Fasodan ziddiyyətli xəbərlər gəlir. Reuters agentliyi Burkino-Faso prezidenti Rok Mark Kristian Kaborenin hərbçilər tərəfindən həbs edildiyi barədə məlumat yayıb. LSİ Afrika portalı isə xəbər verib ki, prezident ailəsi Burkino-Fasonu tərk edib. Qiyamçılar prezidentin istefa verməsini tələb edirlər. Yerli leFaso informasiya portalının məlumatına görə, dövlət başçısı təhlükəsiz yerdədir. Hazırda ölkənin qanuni hakimiyyət orqanları ilə qiyamçılar arasında danışıqlar gedir.

Qeyd edək ki, yanvarın 23-də Burkina-Fasonun bir sıra hərbi bazalarında qiyam baş verdiyi, ölkənin paytaxtı Uaqaduquda qeyri-müəyyənlik hökm sürdüyü bildirilir.

AzVision.az



Teqlər: Burkino-Faso  



Xəbər lenti