İsveç hələ NATO-ya üzv olmağı planlaşdırmır

İsveç hələ NATO-ya üzv olmağı planlaşdırmır
  24 Yanvar 2022    Oxunub:1130
“İsveç hazırda NATO-ya üzvlük üçün müraciət etmək niyyətində deyil və bu məsələyə baxmır”.
AzVision.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ann Linde deyib.

“Əslində bizim NATO-ya üzvlük üçün müraciət etmək niyyətimiz yoxdur. Bu məsələyə indi baxılmır”, o, jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İsveç Ukraynaya silah ixrac etmək niyyətində deyil: “Bizdə silahların ixracı ilə bağlı çox sərt qaydalar var. Ancaq biz Ukraynanı bir çox cəhətdən dəstəkləyirik”.

AzVision.az


Teqlər: İsveç  



Xəbər lenti