Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirib

   Burkina Fasoda hərbçilər hakimiyyəti ələ keçirib
  24 Yanvar 2022    Oxunub:872
Burkina-Fasoda hərbçilər prezident Roka Mark Kristian Kaboreni devirərək hakimiyyəti ələ keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə xəbər portalı "LeFaso" məlumat yayıb. Belə ki, 14 hərbçidən ibarət qrup dövlət televiziyası ilə efirə çıxıb və ölkədə hakimiyyətin “Müdafiə və Bərpa Uğrunda Vətənpərvər Hərəkat”a (PSOV) keçdiyini bəyan edib. Quruluşa polkovnik-leytenant Paul-Henri Sandaogo Damiba rəhbərlik edir.

Hərbçilər konstitusiyanın fəaliyyətinin dayandırıldığını, hökumətin və parlamentin buraxıldığını, ölkənin quru və hava sərhədlərinin bağlandığını bəyan ediblər. Bütün ölkə ərazisində saat 21:00-dan 05:00-dək fəaliyyət göstərən komendant saatı tətbiq edilib.

Hərbçilər həmçinin bildiriblər ki, hakimiyyətin ələ keçirilməsi zorakılıq olmadan həyata keçirilib, bütün məhbuslar təhlükəsiz yerdədir.

AzVision.az




Teqlər: BurkinaFaso  



Xəbər lenti