BMT-nin baş katibi Ukrayna ətrafındakı eskalasiyadan narahatdır

BMT-nin baş katibi Ukrayna ətrafındakı eskalasiyadan narahatdır
  24 Yanvar 2022    Oxunub:869
BMT-nin baş katibi Antonio Quterreş Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə A.Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.

“Biz müxtəlif səviyyələrdə, müxtəlif təşkilatlarla dialoqu alqışlayırıq. Məsələn, Parisdə NATO, ATƏT ilə Normandiya formatında danışıqlar. Baş katib üçün gərginliyin diplomatik yolla həllinə alternativ yoxdur. Baş katibin çağırışı gərginliyi azaltmaq üçün təcili addımlar atmağa və diqqəti qarşılıqlı hörmət və konstruktiv problemlərin həlli ruhunda diplomatik prosesi davam etdirməyə yönəltməkdən ibarətdir” , - o əlavə edib.

AzVision.az


Teqlər: BMT   Ukrayna  



Xəbər lenti