Deputatlar Ermənistan parlamentində əlbəyaxa oldular

   Deputatlar Ermənistan parlamentində əlbəyaxa oldular
  26 Yanvar 2022    Oxunub:731
Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Milli Televiziya və Radio Komissiyasında (MTK) boş qalan yerə müxalifətdən olan namizədin müzakirəsi mübahisəyə çevrilib. Bu zaman deputatlar əlbəyaxa dava həddinə qədər gəliblər.

- “Hayastan” fraksiyası Ruben Akopyanın komissiya üzvlüyünə namizədliyini irəli sürüb. Müzakirə elm, təhsil, mədəniyyət, idman, diaspor və gənclər üzrə daimi komissiyasının iclasında aparılıb.
Akopyan çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı bir sıra xoşagəlməz ifadələr işlədib. O, baş nazirin ötən il seçicilərlə görüşündə müxalifəti təhqir yağdıraraq necə təhdid etdiyini xatırladıb.

Ermənistan parlamentində "Türk agenti" atmacası dava yaratdı- VİDEO
Daha sonra siyasətçi Akopyanı “müxalifətin altına qoyulmuş mina” adlandıran hakim “Vətəndaş müqavilə” fraksiyasından olan deputat Narek Babayanı tənqid edib. Yeni namizəd adıçəkilən şəxslərin ünvanına bir neçə təhqiramiz epitetlər işlədib. Bundan sonra komissiyanın sədri, hakim fraksiyadan olan deputat Sisak Qabrielyan ondan öz çıxışını dayandırmağı tələb edib və mikrofonun söndürülməsini əmr edib.

Akopyan cavab olaraq Qabrielyana da xoş olmayan ifadələr işlədib. Sonuncu isə borclu qalmayaraq cavab verib. Bir neçə dəqiqəlik qışqır-bağır əlbəyaxa davaya qədər gətirib çıxaran hərəkətlar və söyüşlərdən sonra Akopyan otağı tərk edərək jurnalistlərin yanına gedib, -məqalədə yazılıb.

Qeyd edək ki, bu ilk hal deyil ki, erməni deputatlar əlbəyaxa dava edir, və ya bir-birinə təhqirlər yağdıraraq siyasi qalmqallar yaradırlar. Bu ilin yanvarın 17-də də müxalif deputatlarla hakim partiyanı təmsil edən deputatlar arasında dava düşmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Ermənistan   Dava   Parlament  





Xəbər lenti