İrəvan keçmiş erməni hərbi əsiri həbsdə saxladı

   İrəvan keçmiş erməni hərbi əsiri həbsdə saxladı
  26 Yanvar 2022    Oxunub:1232
Azərbaycanın Ermənistana qaytardığı keçmiş hərbi əsir gizir Aren Aramyan həbsdə qalacaq. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Aramyanın vəkili Ara Karapetyan İrəvandakı ümumi yurisdiksiya məhkəməsi onun zaminə buraxılması tələbini rədd edib.

Ermənistanda iki nəfər müharibə vaxtı vətənə xəyanət edib
- Zamin tələbi onun səhhətinə görə idi. Aramyan əsir düşdükdən sonra Gəncəyə, oradan Bakıya aparılıb və burada əməliyyat olunub. Noyabrın 26-da Ermənistana qaytarıldıqdan sonra Aramyan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına yerləşdirilib. Amma 10 gün keçən kimi hərbi xidmətlə bağlı qaydaları pozmaqda ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib.

Dekabrın 30-da onun həbs müddəti daha iki ay uzadılıb. Müdafiə tərəfi gizirin 500 min dram (min dollardan çox-red.) girov müqabilində azadlığa buraxılması üçün vəsatət qaldırıb. Aramyanın ailəsinin ağır maddi vəziyyətini nəzərə alaraq nisbətən az miqdarda girov təklif edilib. Lakin prokurorluq ittiham aktını təsdiq etməyib və işi əlavə istintaqa göndərib. Müdafiə tərəfi bilmir ki, prokurorluq istintaq komitəsinə hansı göstəriş verib. Vəkilin sözlərinə görə, Aramyana vaxtında tibbi yardım göstərilməsə, ayağı amputasiyası ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ermənistan   Məhkəmə  



Xəbər lenti