Zelenski Milli Qvardiyanın komandirini işdən azad etdi

Zelenski Milli Qvardiyanın komandirini işdən azad etdi
  28 Yanvar 2022    Oxunub:668
Ukrayna prezident Volodimir Zelenski Nikolay Balanı Milli Qvardiyanın komandiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin saytı məlumat yayıb.

Zelenskinin digər sərəncamı ilə bu vəzifəni müvəqqəti olaraq general-leytenant Yuri Lebed icra edəcək.

Xatırladaq ki, Milli Qvardiyanın komandiri Nikolay Balan yanvarın 27-də səhər saatlarında bir əsgərin 5 hərbçi yoldaşını güllələyərək öldürməsi, 5 nəfəri isə yaralamasına görə istefa ərizəsi yazmışdı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zelenski  



Xəbər lenti