“Moskva müharibə istəmir” - Lavrov

   “Moskva müharibə istəmir” -    Lavrov
  28 Yanvar 2022    Oxunub:979
“Moskva müharibə istəmir”. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov müharibə perspektivləri haqqında suala cavabında deyib.
Lavrov bildirib ki, Rusiya müharibədə maraqlı deyil, lakin təhlükəsizlik maraqlarının da diqqətdən kənarda qalmasına imkan verməyəcək.

"Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibələr istəmirik, lakin maraqlarımıza kobud şəkildə hücum edilməsinə, onun heçə sayılmasına icazə verməyəcəyik", - o vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Lavrov  



Xəbər lenti