"NATO-nun təhlükəsizlik təkliflərinə cavabından utandım" - Lavrov

   "NATO-nun təhlükəsizlik təkliflərinə cavabından utandım" -    Lavrov
  28 Yanvar 2022    Oxunub:926
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun təhlükəsizlik zəmanəti ilə bağlı Moskvanın təkliflərinə yazılı cavabını şərh edib.
AzVision.az xəbər verir ki, o, bu cavabdan utandığını söyləyib.

Lavrovun sözlərinə görə, ABŞ-ın təhlükəsizlik təminatı ilə bağlı Rusiyaya cavabı NATO-nun oxşar sənədi ilə müqayisədə “diplomatik ədəb nümunəsi” kimi görünür.

"Hazırda ABŞ və NATO-dan alınan cavabların qurumlararası tədqiqi davam edir. Demək olar ki, hər kəs onların məzmununu bilir. NATO-dan bizə göndərilən kağız fonunda Amerikanın cavabı az qala bir diplomatik ədəb nümunəsidir", - XİN rəhbəri deyib.

Lavrov NATO-nun cavabının çox ideoloji olduğunu və mətni yazanların yerinə utandığını söyləyib.

Xatırladaq ki, NATO və ABŞ yanvarın 26-da Rusiyanın təkliflərinə yazılı cavab verib. Məlum olub ki, tərəflər Moskvanın əsas tələblərini yerinə yetirmək fikrində deyillər.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Lavrov   NATO  



Xəbər lenti