Son sutkada Türkiyədə koronavirusdan 174 nəfər vəfat edib

Son sutkada Türkiyədə koronavirusdan 174 nəfər vəfat edib
  29 Yanvar 2022    Oxunub:1102
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 174 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşım edib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 440 min 017 nəfərin test edildiyi, 94 min 783 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 83 min 261 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

AzVision.az



Teqlər: Türkiyə   Korona  



Xəbər lenti