Gürcüstan ABŞ-dan 26,2 milyon dollara tank əleyhinə sistemlər alacaq

Gürcüstan ABŞ-dan    26,2 milyon dollara    tank əleyhinə sistemlər alacaq
  31 Yanvar 2022    Oxunub:947
Gürcüstan hakimiyyəti müdafiə imkanlarını gücləndirmək və tank əleyhinə imkanları təkmilləşdirmək üçün ABŞ-dan 26,2 milyon dollar dəyərində "Javelin" tank əleyhinə raket komplekslərini almaq qərarına gəlib. AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 2021-ci ildə Dövlət Departamenti əlavə olaraq 30 milyon dollara "Javelin" sistemlərinin Gürcüstana mümkün satışı barədə qərar qəbul edib. Müdafiə Nazirliyi iki ölkənin hökumətləri arasında bağlanmış sazişə əsasən sadələşdirilmiş qaydada yeni tank əleyhinə nəqliyyat kompleksi də alacaq.

ABŞ Ukraynaya tank əleyhinə "Javelin" sistemləri tədarük edib
- Müdafiə Nazirliyinin prioritetlərinə əsasən qərara alınıb ki, ümumi dəyəri 26 milyon 246 min 866 ABŞ dolları olan “Javelin” sisteminin alınması ABŞ-ın ayırdığı xüsusi vəsait və Gürcüstanın dövlət büdcəsindən köçürülmələr hesabına baş tutacaq, - məlumatda deyilir.

Xatırladaq ki, Gürcüstan 2019-cu ildə ABŞ-dan "Javelin" tank əleyhinə sistemlərin alınmasını başa çatdırıb. Bundan əvvəl keçmiş müdafiə naziri İrakli Qaribaşvili 2020-ci ildəki işinə yekununa dair çıxışında bildirmişdi ki, Gürcüstan 2021-ci ildə ABŞ-da 30 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket komplekslərinin partiyasını almağı planlaşdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Gürcüstan  



Xəbər lenti