İrəvanda sürücülər etiraz aksiyası keçirib - VİDEO

   İrəvanda sürücülər etiraz aksiyası keçirib -    VİDEO
  31 Yanvar 2022    Oxunub:933
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, aksiyanı sürücülər təşkil ediblər. Onlar əvvəlcə öz avtomobilləri ilə yolları bağlayıb süni tıxac yaratsalar da, sonradan piket Respublika meydanında davam etdirilib.

İrəvanda KTMT əleyhinə aksiya keçirilib- VİDEO
- Sürücülər avmobillərə dair bəzi ödənişlərin bahalaşmasından şikayət ediblər. Məsələn, əvvəllər sürücülər mühərrikin gücündən asılı olaraq maşını üçün ildə 26-53 min dram arasə pul ödəyirdisə, indi hamı üçün eyni qiymət müəyyən edilib - 41 min dram. Etirazçılar siqnal verərək meydanı tərk etməməyə çalışıblar. Nəticədə böyük tıxac yaranıb. Polis hərəkəti tənzimləməkdən ötrü uzun müddət mübarizə aparıb. Hətta qəza da baş verib. Nəhayət polis hərəkətə keçərək tıxac yaradan sürücüləri həbs etməyə başlayıb. Etirazçılar polis tərəfindən avtomobillərdən zorla çıxarılaraq bölmələrə daşınıb. Vəziyyət beləcə gərginləşib,-məqalədə yazılıb.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   İrəvan   Polis  



Xəbər lenti