Putin Makronla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib

Putin Makronla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib
  31 Yanvar 2022    Oxunub:967
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Prezidentlər Ukrayna ətrafında vəziyyət və Rusiyaya uzunmüddətli, hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunur ki, Putin Rusiyanın bu problemlərə fundamental yanaşmalarını bir daha ətraflı şəkildə açıqlayıb.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Moskva və Paris tezliklə Rusiya və Fransa prezidentlərinin şəxsi görüşünün keçirilməsi imkanını işləyəcəklər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti