ABŞ Senatı bu həftə Rusiyaya qarşı sanksiyaları razılaşdıra bilər
"Ümid edirəm ki, razılaşdırmalı olduğumuz bir neçə detalı yekunlaşdıracağıq və ondan sonra irəliyə addım atmaq mümkün olacaq”, - Senatının Beynəlxalq komitəsinin rəhbəri Bob Menendez deyib.
Senator Kris Merfi isə bildirib ki, paket yaxın bir neçə gün ərzində yekunlaşacaq.
Tərəflər Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən əvvəl sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu müzakirə edirlər. Merfinin sözlərinə görə, Moskva artıq müəyyən nəticələrə gətirib çxaran mühüm xətti keçib.
Senator Benjamin Kardin hesab edir ki, ən sərt sanksiyalar hələlik saxlanılmalıdır. Onun sözlərinə görə, Rusiyanı SWIFT sistemindən ayırmaq variantı nəzərdən keçirilməlidir: “Düşünürəm ki, biz açıq şəkildə bildirdik ki, Ukraynaya hücum olarsa, bu variant sözsüz ki, müzakirə ediləcək”, - siyasətçi söyləyib.
Agentliyə görə, “Şimal axını 2” boru kəməri ilə bağlı hansı qərarın olacağı hələ razılaşdırılmayıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


