Gürcüstanın baş nazirində "Omikron" aşkarlanıb

   Gürcüstanın baş nazirində  "Omikron"   aşkarlanıb
  01 Fevral 2022    Oxunub:1975
Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusa yoluxub. AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş nazirdə "Omikron" ştammı aşkarlanıb.
- Hökumət başçısı özünü yaxşı hiss edir və distant formada işləməyə davam edəcək, - məlumatda deyilir.

Gürcüstanda anti-rekord: Yoluxma sayı 18 mini keçdi
Qeyd olunur ki, baş nazir tam peyvənd olunub. Test verərkən onun COVID-19-un yeni ştamına yoluxması üzə çıxıb.

Xatırladaq ki, Qaribaşvili ikinci dəfədir ki, COVID-19-a yoluxur. Onda ilk dəfə koronavirus 2021-ci ilin aprelində aşkarlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Omikron   Virus   Yoluxma  



Xəbər lenti