Gürcüstan "COVİD pasportu"nu ləğv etdi

Gürcüstan "COVİD pasportu"nu ləğv etdi
  01 Fevral 2022    Oxunub:3103
Gürcüstan hakimiyyəti ictimai yerlərdə tələb olunan “covid pasportu” sistemini ləğv edib. Amma xarici ölkələrə səfər etmək istəyənlər üçün hələ də "COVİD pasportu" tələbi qalır.
Gürcüstanın baş nazirində "Omikron" aşkarlanıb
Koronavirusla Mübarizə üzrə Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Georgi Gibradzenin sözlərinə görə, qərar onunla əsaslandırılır ki, yoluxmaların sayı xeyli artıb və bu sistem indi daha az effektivdir.

Gibradze onu da deyib ki, koronavirusun yeni ştamı olan "omikron"un kütləvi şəkildə yayılmasına baxmayaraq, vəziyyəti idarə etmək mümkündür. Operativ Qərargah rəisi xatırladıb ki, peyvənd yoluxmadan sonra fəsadlardan sığortalanmağın yeganə yoludur.

Qeyd edək ki, “yaşıl pasport” və ya “COVİD pasportu” vətəndaşın COVİD statusu haqqında məlumatları özündə əks etdirən elektron sənəddir. Peyvəndin tam kursu, xəstəliyin müddəti və PCR testlərinin nəticələri burada əks olunur. Gürcüstanda “yaşıl pasport” sistemi dekabrın 1-dən qüvvədədir. İctimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla getmək mümkün idi.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Gürcüstan   Virus  



Xəbər lenti