105 yaşlı veteranın meyiti tapıldı

   105 yaşlı    veteranın meyiti tapıldı
  01 Fevral 2022    Oxunub:741
İkinci Dünya Müharibəsi veteranı olan 105 yaşlı Mendel Lerner fevralın 1-də Moskvadakı evində ölü tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
- Məşhur veteranın meyitini tibb bacısı onun Leninqrad şosesindəki mənzilində aşkarlayıb. Ölüm faktını hadisə yerinə gələn təcili tibbi yardımın işçiləri təsdiqləyiblər,-məqalədə yazılıb.

Qeyd edək ki, Mendel Zeylikoviç Lerner ən yaşlı veteranlardan sayılırdı. O, Moskva yaxınlığındakı döyüşdə iştirak edib, Leninqrad, Birinci və İkinci Baltik cəbhələrinin tərkibində vuruşub. Lerner xeyli sayda hərbi orden və medallarla təltif edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Veteran   Meyit   Moskva  



Xəbər lenti