"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir" - Akar

   "Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir" -    Akar
  01 Fevral 2022    Oxunub:1357
"Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin gücləndirilməsi digər ölkələr üçün təhlükə deyil". AzVision.az xəbər verir ki, bunu bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.
- Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”, - Türkiyənin milli müdafiə naziri deyib.

Zakir Həsənovla Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Nazir həmçinin Şuşa Bəyannaməsi haqqında da danışaraq qeyd edib ki, bu bəyannamə "yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir. Bu sənəd istiqamətində apardığımız işlər var". O, hərbi təlimlərdən də söz açıb.

- Hərbi təlim və əməkdaşlıqla bağlı araşdırmalarımız davam edir. Araşdırmalarla müdafiə sənayesi və silahlı qüvvələrimizin təchizatı ilə bağlı nələr edə biləcəyimizi müzakirə edəcəyik. Bu mövzularda mühüm addımlar atmışıq və atmaqda da davam edirik”, - Akar bildirib.

Türkiyəli nazir digər diqqət çəkən məsələlərə də toxunub.

- İndiki mərhələdə Qarabağda görüləsi çox iş var. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yollara qədər intensiv iş və tikinti gedir. Biz, həmçinin qarşılıqlı danışıqlar yolu ilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirini müzakirə etdik", - Akar qeyd edib.
Ermənistan barədə də danışan Akar sülh məsələsinə toxunub.

- Ermənistana uzadılmış sülh əli var. Biz gözləyirik və ümid edirik ki, bu sülh əlinə qiymət veriləcək. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq.

Nazir qeyd edib ki, firavanlıq təkcə Azərbaycan və Ermənistanda deyil, bütün Qafqazda hökm sürür.

AzVision.az



Teqlər:   Akar   Türkiyə   Nazir  



Xəbər lenti