Putin və Orban məhsuldar görüşü şampanla qeyd etdi - VİDEO

Putin və Orban məhsuldar görüşü şampanla qeyd etdi -    VİDEO
  01 Fevral 2022    Oxunub:1469
Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban ikitərəfli danışıqların uğurla keçməsini şampan qədəhləri ilə qeyd ediblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, liderlərin şampan içməsinə dair yayılan videoda Putin və Orbanın necə bir-birindən aralı qədəhləri tutub ürək sözlərini deməsi əks olunub.

Orban: "Rusiya əleyhinə sanksiyalar Moskvadan çox bizə zərər vurdu"
- Həmçinin, Rusiya lideri Macarıstanın baş nazirinə səfərə görə təşəkkür edib, görüşün məhsuldar olduğunu qeyd edərək onun çox uzun çəkdiyini vurğulayıb,-məqalədə yazılıb.

Qeyd edək ki, bu gün Macarıstanın baş naziri Viktor Orban Moskvada Rusiya prezidenti ilə görüş keçirib. Onun görüşdən sonra Qərbi sanksiyalara görə tənqid etməsi də diqqət çəkib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Macarıstan   Şampan   Görüş  



Xəbər lenti