Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

 Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır
  02 Fevral 2022    Oxunub:1485
"Ermənistanın “FlyOne Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üzrə hazırlıqlarını başa çatdırıb".
AzVision.az xəbər verir ki, bu barədə “FlyOne Armenia” aviaşirkətinin idarə heyətinin sədri Aram Ananyan “deyib.

Onun sözlərinə görə, İrəvan-İstanbul-İrəvan reyslərinə maraq var. Uçuşla bağlı fəaliyyətin hazırkı səviyyəsi şirkətin ilkin proqnozlarına uyğundur.

“Biz bu istiqamətdə hava hərəkətinin qarşılıqlı əsasda bərpasına önəm veririk. Artıq qeyd etdiyimiz kimi, bu, İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilmək üçün çox yaxşı imkandır”, - Ananyan bildirib.

Növbəti reys fevralın 5-də həyata keçiriləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Ermənistan  



Xəbər lenti